"Bavariya" "Atletiko"nun futbolçusu Lukas Hernandesi transfer edib.
Xəbərə görə, 23 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən, o, iyulun 1-dən Münhen təmsilçisinin oyunçusu olacaq.
Almaniya mətbuatı bu transfer üçün "Bavariya"nın 80 milyon avro təzminat ödəyəcəyini yazıb.
Qeyd edək ki, L.Hernandes 2014-cü ildən Madrid klubunda oynayır. Fransa millisinin üzvü bu mövsüm La Liqada 14 matçda iştirak edib.