Amerikanın "Weird" dərgisi dünyanın ən gözəl 10 kitabxanasını siyahısını yayımlayıb.
Bu kitabxanaların hər biri heyrətamiz dizayn və maraqlı xüsusiyyətləri ilə diqqəti çəkir.
1. Danimarka, Dokk1 kitabxanası.
30 min kv\m-lik ərazisi olan bu kitabxana bütün Skandinaviya ölkələrinin ən böyük kitabxanasıdır. Kitabxananın ən maraqlı cəhəti binanın ortasından asılmış zəngdir. Bu zəng şəhərin doğum evinə bağlıdır və doğum evində hər uşaq dünyaya gələndə zəng bir dəfə çalınır.
2. ABŞ, Lawrence Xalq Kitabxanası.
ABŞ-ın Vermont ştatında yerləşən Lawrence Xalq Kitabxanası 1972-ci ildə tikilmiş başqa bir binanın skeleti üzərində qurulub. Kitabxanın təbii işıqlandırma sistemi möhtəşəm şəkildə dizayn olunub, bəzi yerlərində pəncərələr yerdən binanın damına qədər uzanıb.
3. Çin, Yangzhou Zhongshuge Kitabxanası
Bu ktiabxana Çinin Zhen Yuan şəhərində yerləşir. Kitabxana elə dizayn edilib ki, onun içində addımlayarkən adam özünü kitablardan ibarət bir çayın içində hiss edir. Qıvrılmış rəflərə düzülmüş kitablar binanın tavanına qədər qalxır və onların əksi güzgü kimi şəvvaf yerə əks olunur. Kitabxana çay kənarında salındığı üçün memarlar çalışıb kitabxananın içini də kitabla dolu axan çay kimi dizayn ediblər.
4. Türkiyə, Beyazid Kitabxanası.
Bəyazid Dövlət Kitabxanasının içində yerləşdiyi bina əslində 1506-cı ildə tikilmiş karvansarayın bir hissəsidir. Kitabxana özü isə 1884-cü ildə “Kütüphane-i Umum-i Osmani” adıyla açılıb. Kitabxanada 1 milyona yaxın material, 500 min kitab, 11120 əlyazma saxlanılır.
5. Norveç, Vennesla Kitabxanası
Norveçin Vennesla şəhərində yerləşən bu kitabxana kosmik gəmi formasına dizayn edilib. Bina 27 ədəd tağın yan-yana düzülməsiylə ərsəyə gəlib və hər tağın üstündə işıqlar quraşdırılıb.
6. Norveç, Bodo Kitabxanası
Kitabxanada üç oxu zalı və konsert salonu var, ümumi ərazisi 6 min 317 kv\m olan kitabxananın bir tərəfi başdan-başa pəncərələrlə əhatə olunub və pəncərələri birbaşa şəhərin limanlarına baxır.
7. ABŞ, Çikaqo Xalq Kitabxanası
ABŞ-ın Çikaqo şəhərində təzəlikcə tikilmiş bu kitabxana tamamilə dairəvi formada dizayn olunub. Çay daşına bənzər şəkildə tikilmiş bina başdan-başa pəncərələrlə əhatə olunub.
8. İngiltərə, Birminqam Kitabxanası
Bayırdan baxanda dəmir hörgülərin arasında qalan modernsit ticarət mərkəzini xatırladan kitabxandanın daxili interyeri də heyrət oyadır. Kitabxananın ərazisi 30 min kv\m-dir və 400 min-dən çox əsər burda qorunub saxlanılır.
9. Kanada, Halifaks Mərkəzi Kitabxanası
Kitabxananın ümumi sahəsi 14 min 500 kv\m-dir. Demək olar, başdan-başa şüşəylə əhatə olunub. Kanadanın Halifaks şəhərinin mərkəzində yerləşir və üst-üstə qoyulmuş kərpicləri xatırladır. Binanın başında, açıq havada kitab oxumaq istəyənlər üçün ayrıca bir mərtəbə də nəzərdə tutulub.
10. Meksika, Konarte Kitabxanası
Bu kitabxanada kitab rəfləri elə dizayn olunub ki, sanki başıaşağı dayanıb, həmçinin kitab oxumaq üçün divanlar elə qurulub ki, oxucular özlərini fərqli bir aləmdə hiss edib, maksimum rahat şəkildə oxusunlar. Kitabxananın daxilində uşaqlar üçün əlavə oyun və əyləncə sahələri də nəzərdə tulub.