"Atletiko"nun futbolçusu Filipe Luis Çempionlar Liqasının 1/8 finalında "Yuventus"la cavab oyununu buraxa bilər.
Bu barədə klubun saytı məlumat yayıb. 33 yaşlı müdafiəçinin La Liqanın 26-cı turunda "Real Sosyedad"la matçda zədələndiyi bildirilib.
Qeyd edək ki, "Yuventus" - "Atletiko" görüşü martın 13-ü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında ilkqarşılaşmada Madridklubu 2:0 hesabı ilə qalib gəlib.