Kanadada cəmi 20 nəfərin danışa bildiyi dildə film çəkilib. Film Kanadaya məxsus olan Britaniya Kolumbiyası adlanan ərazidə, okean sahilində yaşayan Haida adlı xalqın qorunması məqsədiylə çəkilib.
Filmin çəkildiyi haida dilində dünyada cəmi 20 nəfər sərbəst danışa bilir. Ancaq dünya tamaşaçıları da bu bədii filmi altyazılarla izləyə biləcək. Filmin adı haida dilində "SGaawaay K'uuna" adlanır, tərcüməsi "Bıçaq tiyəsi" adlanır. Film aprel ayında Böyük Britaniyada göstəriləcək.
Film Britaniya Kolumbiyası adlanan Kanada torpağında yaşayan xalqdan bəhs edir. Bu xalqın dilinin isə iki ləhcəsinin hər ikisi filmdə əks olunub. Filmdə istənilən başqa dildən hər hansı söz istifadə olunmayıb və aktyorlar məhz bu tələblər üzrə fikirlərini ifadə etməyə çalışıblar.
Filmin rejissoru
Qvai Edenşou deyib ki, film ölməyə üz tutmuş bir dili ayaqda saxlamaqda mühüm rol oynayaxaq. O,
"Guardian" qəzetinə deyib ki, "Bilirəm ki, statistikaya görə bizim dil ölümün bir addımlığındadır. Ancaq biz bununla razılaşmaq fikrində deyilik"
Haida xalqı Kanadanın qədim sakinlərindədir. Bu xalq Sakit Okeanının sahilində Qvaii adlı arxipelaqda meşəlik ərazidə yaşayırlar. Filmin rejissoru Edenşou deyir ki, bu dildə səlis danışa bilənlərin çoxu onun vətəni olan Haidada yaşayırlar. Edenşou özü bir neçə dildə səlis danışsa da öz ana dilində pis danışır. O məktəbdə ingiliscə oxuyub.
Edenşou öz xalqı haqda danışarkən onların dəniz kənarında yaşadığını və özləri düzəltdikləri gəmilərlə balıq ovuna getdiklərini deyir. Haida xalqı 19-cu əsrdə çiçək və digər yoluxucu xəstəliklərin ucbatında azalıblar. Bir neçə il ərzində xalqın sayı onlarca dəfə azalıb. Hal-hazırda bu xalqdan xəmi bir neçə min insan yaşayır. Onların arasında isə cəmi 20 nəfər öz dilində danışa bilir.
[embed]https://www.youtube.com/watch?v=DnbOw5Nuq2U[/embed]