27 Mart 2019
Mətni dəyiş
UFC qarışıq döyüş idman növü üzrə keçmiş dünya çempionu Konor Makqreqor peşəkar döyüşçü kariyerasını başa vurduğunu elan edib. Bu haqda o martın 26-da gözlənilmədən Twitter hesabında yazıb.
İrlandiyalı peşəkar idmançı Makqreqor hələ keçən ilin sonlarında öz kariyerasının ən qalmqallı döyüşünü keçirmişdi. O dağıstanlı idmançı Həbib Nurmaqomedovla döyüşdə məğlub olmuşdu. Dünən isə idmançı sosial şəbəkədəki hesabında yazıb: "Hər kəsə salam, təcili elan edirəm. Bu gün qarışıq döyüş idmanı üzrə idmançı kariyeramdan uzaqlaşmaq qərarına gəldim. Bu gündən əlcəyini mismardan asanların arasına qoşuluram".
[embed]https://twitter.com/TheNotoriousMMA/status/1110410797925175296[/embed]
Makqreqor nəyə görə belə qərara gəldiyi haqda bir kəlmə də yazmayıb. Twitter hesabındakı paylaşımlarından belə anlaşılır ki, hal-hazırda Makqreqor ailəsi ilə birgə ABŞ-da turnedədir. O burda idman oyunlarına baxır, axşam şoularında iştirak edir, viski içir və bir sözlə həyatın dadını çıxarır. Bir sözlə, onun belə çətin qərarı nə üçün verdiyi haqda heç bir əlamət hiss olunmur.
Bundan öncə 2016-cı ildə Makqreqor bir dəfə də kariyerasını bitirmək haqda Twitterdə bəyanat vermişdi, ancaq o bəyanat yalan çıxmışdı. Sonradan Makqreqor bəyanatını UFC rəhbərliyinə təzyiq göstərmək üçün etdiyini demişdi.