"Barselona"nın futbolçusu Lionel Messi Argentina millisinə çağırılıb.
Argentina Futbol Federasiyasının rəsmi "Tvitter" səhifəsinin yaydığı xəbərə görə, o, Venesuela və Mərakeşlə yoxlama oyunları üçün yığmaya dəvət edilib.
Beləliklə, 31 yaşlı hücumçu DÇ-2018-dən sonra ilk dəfə millidə oynayacaq.
Qeyd edək ki, Messi mundialdan sonra bir müddət yığmaya çağırılmaq istəməmişdi.