Rusıyada yayımlanan "Gazeta.ru" qəzeti Azərbaycan iqtisadiyyatı və əmək miqrantları kimi Rusiyaya gedən azərbaycanlılar haqda məqalə dərc edib. "Abzas" həmin məqaləni ixtisarla təqdim edir.
Azərbaycan iqtisadiyyatı ildə az qala 3% böyüyür. Hakimiyyət iddia edir ki, xalq bunu öz həyatında hiss edir. Ancaq ekspertlərin sözlərinə görə, ölkənin sadə vətəndaşları maliyyə sabitliyini öz həyatlarında hiss etmirlər və iş dalınca başqa ölkələrə üz tuturlar. Xüsusilə də Rusiyaya.
Azərbaycanın rəsmi statistikasına görə bu ölkə yüksəlişə doğru gedir. Yanvar ayının statistik məlumatların göstərir ki, ÜDM 2,9% artıb. Ümumilikdə isə 15 il ərzində ölkənin iqtisadiyyatı 3,3 dəfə böyüyüb. Bu haqda əmək və sosial siyasət üzrə parlament komitəsinin rəhbəri, deputat
Rauf Əliyev deyib. Onun sözlərinə görə ötüb keçən 15 il ərzində Azərbaycanın neft sektoru 2,8 dəfə, sənayə istehsalı isə 2,6 dəfə, kənd-təsərrüfatı 1,7 dəfə, neft ixracı 4,1 dəfə artıb. Ölkənin maliyyə ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara yüksəlib. Rauf Əliyev deyir ki, Azərbaycan xalqı bu yüksəlişi öz həyatlarında tam hiss edirlər.
Lakin, Azərbaycanın müxalif media ölkənin uğurlarını yalnız zəngin neft ehtiyatlarında görür.
Rus ekspert, “Loko-Bank”ın idarə heyyətinin rəhbəri
Andrey Lyuşin də Azərbaycanın iqtisadi inkişafının əsasən neft-qaz sektoruyla bağlayır. Global Firepower (GFP) araşdırma qrupunun məlumatında deyilir ki, Azərbaycan neft ehtiyatlarının həcminə görə dünyanın ilk 20 ölkəsinin sırasına daxildir. Rəsmi xəbərlərə görə 2018-ci ildə neft və neft məhsullarının satışından azərbaycan 520 milyon dollar əldə edib.
Ölkə başçısı
İlham Əliyevin dediyinə görə Azərbaycanın təbii qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bununla belə Azərbaycan qaz ixracını artırır və 2020-ci ildə “Cənub qaz dəhlizi” ilə Avropa Birliyi ölkələrini qazla təmin edəcək.Bu layihə çərçivəsində Avropaya çəkiləcək boru xəttləri Türkiyə vasitəsilə ötürüləcək. Məlumatlara görə Azərbaycandan Avropaya 10 milyard kubmetr qaz yollanacaq, daha 6 milyard kubmetr azərbaycan qazı isə Türkiyənin qərb regionlarını qazla təmin edəcək.
Bu layihədən gələn pullar həm də ölkə büdcəsini doldurmalıdır, ancaq digər tərəfdən bu ölkə iqtisadiyyatının diversifikasiyasi üçün stimul ola bilmir. “Alor Broker”in analitiki
Aleksey Antonov düşünür ki, Azərbaycan hal hazırda diversifikasiyadan uzaqdır.
“Çünki, neftin qiymətinin yüksəlişi, həmçinin təbii qaz satışı sahəsində artan ixrac imkanları ölkə xəzinəsini dolduran yeganə vasitəyə çevrilib” – deyə Antonov bildirir.
“Ümumilikdə Rusiyadakı sistem problemlərinin eynisi Azərbaycan üçün də xarakterikdir: bu problemlərdən biri kasıblarla varlılar arasında dərin sosial uçurumun və işləyən əhalinin müqaisəyəgəlməz gəlirlərinin olmasıdır” – Antonov fikrini tamamlayır.
Rəsmi statistikaya göə Azərbaycanda əhalinin cəmi 5,4%-i kasıblıq həddində yaşayır. Ancaq, ekspertlər deyir ki, bu rəqəm 20% əhalinin sayına bərabərdir.
Lyuşinin sözlərinə görə ölkə əhalisi ümumilikdə iqtisadi sıxıntıları hər gün hiss edir.
Ölkə xaricdən alternativ maliyyə axını əldə etməyə çalışır, həmçinin turizmin inkişafı üçün xüsusi səylər göstərir. Lakin neftin yüksək qiyməti və sənayə sahəsinin inkişafı belə ölkədəki kiçik şəhərlərin əhalisinin işsizlik problemini həll etmək iqtidarında deyil. “Migration Policy İnstitute”-nin məlumatına görə 1,2 milyon Azərbaycan vətəndaşı (ölkənin ümumi əhalisi 10 milyon nəfər göstərilir) ölkədən kənarda yaşayır, onların 767 mini isə Rusiyada məskunlaşıb.
“Bank Rossiya”nın 2018-ci ilin üçüncü kvartalına aid məlumatına görə Rusiya Federasiyasından Azərbaycana 259 milyon dollar pul göndərilib.