Prezident yaradıcı ittifaqlara 2.85 milyon manat ayırdı

Prezident yaradıcı ittifaqlara 2.85 milyon manat ayırdı
14 Mart 2019
Mətni dəyiş

Prezident İlham Əliyev martın 13-də Azərbaycanda fəaliyyət göstərən bir sıra ittifaqlara maliyyə ayrılması ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, ölkənin mədəni həyatında və ədəbi-ictimai fikrin formalaşmasında, habelə Azərbaycanda mədəniyyətin, incəsənətin təbliğində, memarlığın inkişafında yaradıcı kollektivlərin rolu əvəzsizdir.

Sənəddə yazılıb ki, 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 min manat ayrılır.

Həmçinin, Bəstəkarlar İttifaqına 650 min, Rəssamlar İttifaqına 350 min, Kinematoqrafçılar İttifaqına 300 min, Memarlar İttifaqına 250 min, Teatr Xadimləri İttifaqına 250 min və Aşıqlar Birliyinə 250 min manat yardım ayrılacaq.

Xatırlatma

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva martın 1-də bir sıra mədəniyyət-incəsənət xadimləri ilə görüşüb. Görüşdə prezident bildirib ki, Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı onlarla danışmaq istəyir.

Görüşdən sonra prezident dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinə 5 milyon manat ayırdı.

Azərbaycanda bəzi ekspertlər belə yaradıcı ittifaqlara dövlətin, bir qayda olaraq, pul ayırmasını düzgün saymırlar.

Onlar deyirlər ki, bu ittifaqlar sovet dövründə yaradılıb və onları dövlət büdcəsindən asılı saxlamaqdansa, yükə çevirməkdənsə, liberal iqtisadiyyata, yaradıcı azadlıqların qorunmasına imkanlar tanınmalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun