1997-ci ildə "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsinə başlandığı vaxtdan indiyədək 481 mln. ton neft hasil edilib. Bunun 279 mln. tonunu Azərbaycan alıb.
Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bazar ertəsi Bakıda beynəlxalq energetika forumundakı çıxışında bildirib. Bu haqda "Turan" agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, aprelin 1-də dünya bazarına Azərbaycandan 506 mln. ton neft ixrac edilib. Bunun 383 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəmərlə nəql olunub.