Bu gecə Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq. Bununla da yarımfinala vəsiqə qazanan son iki komanda müəyyənləşəcək. "Liverpul" səfərdə "Portu"nun qonağıdır. İlk görüşdə evdə rəqibini 2:0 hesabı ilə məğlub edən mersisaydlılar növbəti mərhələnin bir addımlığındadır. Çətin ki, Yurgen Kloppun komandası cavab görüşündə üstünlüyünü əldən versin. Gecənin əsas oyunu isə ingilis klubları arasında keçirilir. İlk qarşılaşmada səfərdə “Tottenhem”ə minimal hesabla uduzan “Mançester Siti” doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. “Şəhərlilər” yarımfinala adlamaq istəyirlərsə, London klubuna ən azı 2 top fərqilə qalib gəlməlidirlər. Qeyd edək ki, “Portu” - “Liverpul” cütünün qalibi yarımfinalda “Barselona”, “Mançester Siti” – “Tottenhem” cütünün qalibi isə “Ayaks”la qarşılaşacaq.
Çempionlar Liqası 1/4 finalın cavab oyunları 17 aprel 23:00. “Portu” – “Liverpul” - 1:4 Qollar: S. Mane, 26 (0:1), M.Salah, 65 (0:2), E.Militao, 69 (1:2), R.Firmino, 77 (1:3), Van Diyk, 84 (1:4) İlk oyun – 0:2 23:00. “Mançester Siti” – “Tottenhem” 4:3 Qollar: R. Sterlinq, 4 (1:0), 21 (3:2), S. X. Min, 7 (1:1), 10 (1:2), B. Silva, 11 (2:2), S.Aquero, 59 (4:2), F.Llorente, 73 (4:3) İlk oyun – 0:1
16 aprel “Barselona” – “Mançester Yunayted” – 3:0 Qollar: L. Messi, 16, 20, F. Koutinyo, 61 “Yuventus” – “Ayaks” – 1:2 Qollar: K. Ronaldo, 28, D. van de Bek, 34, M. de Lixt, 67