"Səbail"in futbolçusu Maykl Essyen mövsümün sonunda Afrikaya gedəcək. Qana millisinin sabiq üzvü Afrika yığmasına çağırılıb.
37 yaşlı yarımmüdafiəçi Nigeriyanın Akunvunmi ştatının qubernatorunun şərəfinə həsr olunan qarşılaşmada iştirak edəcək. Görüş mayın 18-də keçiriləcək. Essyenin yer aldığı Afrika yığmasında Didye Droqba, Corc Vea, Samuel Eto kimi ulduz futbolçular da çıxış edəcək. Onların rəqibi isə Nigeriya millisinin sabiq futbolçuları olacaq.