"Real"ın 5 futbolçusu İspaniya La Liqasının 31-ci turunda bu gün "Eybar"la keçiriləcək oyunda meydana çıxa bilməyəcək. Marselo cəza, Daniel Karvahal, Tibo Kurtua və Vinisius Junior isə cəza səbəbindən ev görüşünü buraxacaqlar. Kapitan Serxio Ramosun adı isə qeyri-müəyyən səbəbdən matçın iştirak ərizəsinə salınmayıb. Qeyd edək ki, "Real" - "Eybar" oyunu Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.