Futzal üzrə Azərbaycan milli komandası ötən gün yoldaşlıq oyunu keçirib. Zrenjanin şəhərindəki “Kristal Zal”da Serbiya yığması ilə qarşılaşan komandamız 2:1 hesabı ilə qələbə qazanıb. Millimizin qollarını Fineo de Araujo və Sezar Conatan vurub.
Bu komandalar arasında növbəti oyun aprelin 16-da, Bakı vaxtı ilə saat 20:00-da Pozarevaç şəhərindəki idman mərkəzində keçiriləcək.