Mayın 14-də Avroviziya 2019 Mahnı Müsabiqəsinin ilk yarımfinalı keçirilib. Belarus və Serbiya daxil 10 ölkə finala çıxıb.
Ümumilikdə birinci yarımfinala 17 ölkə qatılmışdı.
İkinci yarımfinal mayın 16-da keçiriləcək. Azərbaycanı yarımfinalda Çingiz Mustafayev təmsil edəcək.
Müsabiqənin finalı mayın 18-də olacaq.
Avropanın beş əsas ölkəsi və ev sahibi İsrail birbaşa finala qatılacaq. Beləliklə, finalçıların ümumi sayı 26 olacaq.
Avroviziya ilk dəfə 1956-cı ildə, 2-ci Dünya müharibəsindən sonra Avropanı birləşdirmək məqsədilə təşkil olunub.
Bu gün bu müsabiqəni bütün dünyada 200 milyonadək tamaşaçı izləyir. Müsabiqənin ABBA, Celine Dion kimi qalibləri sonrada dünya ulduzlarına çevrilib.