Tanınmış bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikov 85 yaşında vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyi açıqlama yayıb.
Nazirlikdən verilən məlumata görə, 2019-cu il mayın 9-da saat 14:00-dan etibarən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında vida mərasimi keçiriləcək.
Dəfn bu gün olacaq. A.Məlikovun I Fəxri Xiyabanda dəfn olunması nəzərdə tutulur.
A.Məlikov 1933-cü il sentyabrın 13-də Bakıda anadan olub. 1960-ci ildə Üzeyir Hacıbıyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlır sinfi üzrə bitirib.
A.Məlikov öz yaradıcılıq təbiətinə görə simfoniyaçıdır, Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirir.
Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Fransa, Yaponoya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir və s. ölkələrdə ifa edilib. 2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub.