Rusiyada aztəminatlı ailələrdə 1,5-3 yaşlı uşaqlara verilən müavinətin 50 rubldan 10 min rubla qaldırılacağı bildirilir (10 min rubl indiki məzənnəylə 158 dollara bərabərdir - A.R.).
Bu barәdә açıqlama verәn Rusiyanın baş naziri Dmitri Medvedevin sözlәrinә görә, iyulun 1-dən əlilliyi olan uşaqlara görə, dekretə çıxmış valideynlərə ödəniş də artırılacaq.
Azәrbaycanda isә 18 yaşına qədər uşaqlara verilən aylıq müavinət 2006-ci il yanvarın 1-dən dayandırılıb.
Həmin vaxt hökumət bunu ünvanlı sosial yardımların verilməsinin tətbiqi ilə izah etmişdi. Amma təkcə son iki ildə 100 mindən çox ailəyə verilən ünvanlı sosial müavinətin də kəsildiyi bildirilir.
Bir müddət öncə "uşaq pulu"nun bәrpası haqqında geniş danışılsa və bununla bağlı müxtəlif təkliflər səslənsə də bu, hələlik, baş vermәyib.
Bəs Azәrbaycanda uşaqlara aylıq müavinətin verilməsi məsələsi tamam gündəlikdən çıxıbmı, yoxsa belə müavinәtin bәrpası mümkündür?
[caption id="attachment_73986" align="aligncenter" width="800"] Deputat Musa Quliyev[/caption]Milli Məclisin (MM) Əmək və sosial siyasət komitәsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının təmsilçisi Musa Quliyev “Turan” agentliyinə bildirib ki, 18 yaşına çatmayan uşaqlar üçün müavinәtin verilmәsi son günlәr aktuallaşıb.
Onun fikrincə, bununla bağlı tәklifi Milli Mәclisin müzakirәsinә hökumәt tәqdim etmәlidir: