2019-cu ilin yanvar-may aylarında Azərbaycana 180 ölkədən 1 milyon 94,8 min və ya 2018-ci ilin ilk beş ayı ilə müqayisədə 3,7 faiz çox əcnəbi gəlib.
Bu barədə Dövlət Statistika Komitəsi və Dövlət Sərhəd Xidməti belə hesabat yayıb.
Rəsmi məlumata görə, gələnlərin 28,5 faizi Rusiya, 26 faizi Gürcüstan, 10,9 faizi Türkiyə, 7,7 faizi İran, 3 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Hindistan, hər birindən 1,6 faiz olmaqla Böyük Britaniya və Türkmənistan, hər birindən 1,2 faiz olmaqla Pakistan və İraq, 14,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi vətəndaşlığı olmayan şəxslərdir.
Beş ayda xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5 faiz artaraq 2 milyon 65,9 min nəfərə çatıb.
Ölkə vətəndaşlarının 39,5 faizi İrana, 27 faizi Gürcüstana, 18,3 faizi Rusiyaya, 9,8 faizi Türkiyəyə, 5,4 faizi digər ölkələrə gedib.