Prezident İlham Əliyev Xocəsən–Lökbatan avtomobil yolunun 11 kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, altmış dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Xocəsən–Lökbatan avtomobil yolunun 11 kilometrlik hissəsinin yenidən qurulması məqsədilə dövlət büdcəsindən 13,5 milyon manat ayrılsın.
Sənəddə deyilir ki, vəsait 2019-cu ilin dövlət büdcəsinin bu il üçün əsaslı vəsait qoyuluşundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.