Banklar illik faiz dərəcəsi 10-dan yuxarı olan əmanətləri artıq sığortalamayacaq

Banklar illik faiz dərəcəsi 10-dan yuxarı olan əmanətləri artıq sığortalamayacaq
1 İyul 2019
Mətni dəyiş

Əmanətlərin Sığortalanması Fondu iyulun 1-dən etibarən milli valyutada olan və qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10 faiz müəyyən edib. Bu rəqəm xarici valyutada 2,5 faizdir.

Bu barədə Əmanətlərin Sığortalanması Fondu açıqlama yayıb. Məlumata görə, bundan sonra milli valyutada qorunan əmanətlərin faiz dərəcəsi 33 faiz azaldılıb.

Artıq banklarda yerləşdiriləcək milli valyutada yalnız 10 faiz və daha aşağı dividend hesablanan əmanətlər qorunacaq.

İqtisadçı Vüqar Bayramov Meydan.tv-yə deyib ki, qorunan əmanət faizlərinin yuxarı həddinin azaldılması birbaşa banklarda depozitlər üzrə dividentlərin son 1 ildə aşağı düşməsi ilə bağlıdır. Hazırda aparıcı banklar manat üzrə əmanətlərə 7 faiz dividend təklif edirlər.

Mərkəzin Bankın məlumatına görə, kredit qoyuluşları 12 milyard 861 milyon, əhalinin əmanətləri isə 8 milyard 622 milyon manatdır. Deməli, əmanətlər kredit portfelinin 67 faizini təşkil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun