Su təminatı və kanalizasiya sahəsində dövlət inhisarçısı olan "Azersu" QSC illik maliyyə hesabatını açıqlayıb.
Hesabata əsasən, xidmətlərinin maya dəyəri satışdan 1,75 dəfə çoxdur. Bu zaman Bakıda əsas avtomagistralda yeni inzibati bina tikən dövlət şirkəti fəaliyyətinin maya dəyərinin aşağı salınması üçün gördüyü işlərlə bağlı bir dəfə də hesabat verməyib.
Hesabata əsasən, 2018-ci ildə orta satış qiyməti 0,74 manat/kub. m olduğu halda suyun və onun axıdılmasının maya dəyəri 1,30 manat təşkil edib.
Bir ildə suyun satışından 115,5 mln. manat, kanalizasiya xidmətlərindən (54,4 mln. manat), sayğacların quraşdırılmasından, elmi-araşdırma işlərindən və layihələndirmədən 6,7 mln. manat əldə edilib. Azersu-yun əməliyyat fəaliyyətindən cəmi gəlirləri 6,2% artaraq 176,7 mln. manat təşkil edib.
2017-ci illə müqayisədə 2018-ci ildə “Azərsu”nun satışdan gəlirləri 10 milyon 970 min manat və ya 6,6% artaraq 176 milyon 715 min manat təşkil edib.
2018-ci ilin zərəri ilə "Azərsu"nin yığılmış cəmi zərəri 6 milyard 384 milyon 703 min manata çatıb.
31 Dekabr 2018-ci il tarixində “Azərsu” 918 milyon 625 min manat cəmi aktivlərə, 699 milyon 776 min manat manat cəmi öhdəliklərə və 218 milyon 849 min manat cəmi kapitala malik olub.
2017-ci ilin sonunda ASC 694 milyon 439 min manat cəmi aktivlərə 755 milyon 799 min manat cəmi öhdəliklərə və 61 milyn 310 min manat capital kəsirinə malik idi.
"Azərsu" yığılmış zərər hesabına yaranmış kapital defisitini dövlət investisyaları və kapitalın əlavə artırılması hesabına aradan qaldırıb. Ötən il aktivlərin artmasının səbəbi əsas vəsaitlərin artmasıdır.
Həmçinin, Azərsunun yaydığı hesabatda deyilir ki, şirkət və onun törəmə müəssisələri (qrup) 31 dekabr 2018-ci il tarixində başa çatan il üzrə 480 milyon 201 min manat (2017-ci ildə 508 milyon 350 min manat) məbləğində xalis zərər çəkmişdir.
Qrup su təchizatı və kanalizasiya xidmətləri üzrə dövlət inhisarının bir hissəsidir və Dövlət Qrupun cari investisiya layihələri ilə yanaşı fəaliyyətinə kömək etmək məqsədi ilə maliyyələşdirməni davam etdirir.
Qrup Azərbaycan Respublikasında aktiv şəkildə yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisi sahəsində investisiya fəaliyyəti ilə məşğuldur və müntəzəm olaraq Dövlətdən maddi yardım alır.