Hollivudun ən məşhur gözəllərindən biri Culiya Roberts bu günlərdə qadınların əsas problemləri olan yaşlanmayla mübarizə və gözəl görünmə üçün səylərindən yazıb. O artıq yaşlı görünməmək üçün üzündə bir növ maska gəzdirməkdən bezdiyini dilə gətirib. Culia Robert sosial şəbəkədə paylaşdığı köşə yazısında dünyanın gözəllik anlayışlarının anormal və təbiətə zidd olduğunu dilə gətirib.
"Abzas" Culiya Robertsin gözəllik haqda məqaləsini təqdim edir.
“Mükəməliyyətçilik bir çox xalqın xəstəliyidir. Üzümüzü tonlarla makiyaj qatıyla örtürük. Mütəmadi botoks vurdururuq, “ideal ölçülərə” düşmək üçün aclıqdan üzülürük. Heç ehtiyac olmadan görünüşümüzdə nələrisə düzəltməyə çalışırıq, ancaq hamısınsan öncə düzəltməli olduğumuz şeylər isə diqqətimizdən kənarda qalır.
Bilirsiniz bu nədir? Bu bizim qəlbimizdir. Qəlbimiz qayğıya və qulluğa ehtiyac duyur. İndi bununla məşğul olmağın zamanı gəlib. Düzünü deyin, özünüz özünüzü sevməsəniz, başqalarından sizi sevməsini necə gözləyə bilərsiniz? Xarici görünüşünüzü kosmetika ilə örtərək özünüzdən razı olduğunuzu necə deyə bilirsiniz? İstəyirəm dəqiq biləsiniz ki, insanın daxili tamam boşdursa xaricinin necə görünməsinin heç bir önəmi yoxdur.
[caption id="attachment_81189" align="aligncenter" width="532"]
Culiya Robertsin facebook hesabında gözəlliklə bağlı paylaşdığı məqaləsi.[/caption]
Bu gün hamıya elan etmək istəyirəm: daha makiyajla barışıq olmayacağam. Makiyaj elmək istəmirəm, başqasının üzünü gəzdirməkdən bezmişəm. Maskaları atmağın zamanı gəlib. Üzümdə qırışlar olduğunu bilirəm, ancaq onları görmək istəyirəm. Axı, bu mənim gerçəkliyimdir. İstəyirəm məni necə varam eləcə qəbul edələr.
Bu günün dünyası xarici görünüşə diqqət kəsilib. Nəhəng dövriyyəsi olan şirkətlər işçilərinin beynini doldurur ki, qocalığın qaçılmaz nişanələrinin üstünü örtmək üçün pul ayırsınlar, bununla da qeyri-sağlam və təbii olmayan vasitələr yaşlanmaya qarşı məhsullar kimi istifadə olunur.
21-ci əsrin gözəllik prinsipləri açıq-aydın anormal prinsiplərdir. Bu cür gözəllik sterotipləti virus kimi bütün dünyaya yayılır və bu dəhşətlidir!
Anlayırsınızmı ki, saxta estetika bizi xarici görünüşün illuziyaları arxasında həbs edərək bütün dünyanı idarə edir? Yaşayıb təbiiliyimizi qorumaq əvəzinə, bizə diqtə olunmuş gözəllik qəliblərinə uymağa məcbur edilmişik.
Bilirisiniz nə var? Mən bunlardan bezmişəm. Və özümə “dayan” demişəm. Sizin hamınızı dadayandırmaq və əslində nə istədiyinizi yadınıza salmağa çağırıram. Kim olduğunuzu xatırlamalısınız.
Heç kim gözəllik kriteriyalarına 100 faiz cavab verə bilməz. Xarici görünüş insanda dəyər verməli olduğumuz sonuncu şeydir. İnsanın dəyər verilməli əsas keyfiyyəti qəlbidir. Bunu unutmayın”.