Azərbaycan gələn il 559 milyon dollar dövlət borcu götürəcək

Azərbaycan gələn il 559 milyon dollar dövlət borcu götürəcək
16 Sentyabr 2019
Mətni dəyiş
2020-ci ilin dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı xərclər 2 485,2 milyon manat (təxminən 1 462 milyon ABŞ dolları), o cümlədən faiz xərcləri 775,4 milyon manat məbləğində nəzərdə tutulub. Bu barədə abzas.net Maliyyə Nazirliyinə istinadən xəbər verir. Gələn il hökumət kredit sazişləri çərçivəsində xaricdən 559,4 milyon dollar borc almağı, daxildən isə 100 milyon manat borclanmağı planlaşdırır. Bu ilin sonuna Azərbaycanın xarici dövlət borcunun 8 860 milyon dollar, daxili dövlət borcunun isə 1 420 milyon manat olacağı proqnozlaşdırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun