Rəsmi rəqəmlərə görə AZAL 2018-ci ili zərərlə başa vurub. 2018-ci ilin yekunlarına görə, yerli aviaşirkətlər (AZAL, BUTA) ümumilikdə 208 milyon 233 min manat zərərə məruz qalıb.
Bəs görəsən, Azərbaycanda əsas hava nəqliyyatı şirkəti olan, dövlətdən ciddi şəkildə yardım alan, regionda ən baha qiymətə bilet satan AZAL-ın ziyanla işləməsinin səbəbləri nədir?
Abzas-a danışan iqtisadçı Toğrul Maşalli deyir ki, AZAL-ın zərərlə işləməsinin səbəbi xərclərinin çox olmasına görədir. Onun sözlərinə görə, xərclərin çox olması bir çox amillərlə bağlıdır.
[caption id="attachment_41325" align="aligncenter" width="1200"] Toğrul Maşallı[/caption]“AZAL üçün bütün xidmətləri 'Silkway Holding' həyata keçirir. Yeməkdən tutmuş, yanacaq doldurmaya kimi bütün xidmətləri o şirkət həyata keçirir və bu da çox baha başa gəlir. Təbii ki, bu amillər qiymətlərə təsir edir və ona görə də AZAL-da bilet qiymətləri çox bahadır".
Ekspert bildirir ki, şirkətlərin xərcləri bununla da yekunlaşmır, yeni təyyarələrin alınması, onların lizinqə götürülməsini də bura əlavə etmək olar.
"Bu sadaladıqlarım hava nəqliyyatının sərnişin daşıma hissəsinə aiddir. AZAL-ın real xərcləri hətta bundan da çoxdur”, - deyə iqtisadçı Toğrul Maşallı bildirib.
İqtisadçı ekspert Natiq Cəfərli isə düşünür ki, AZAL-ın və digər aviaşirkətlərin zərərlə işləməsinin səbəbi qeyri-şəffaf idarəçilik və xərclərin şişirdilməsidir.
[caption id="attachment_79395" align="aligncenter" width="1050"] Natiq Cəfərli[/caption]Onun sözlərinə görə, vergi orqanları və nəzarət funksiyası olan aidiyyatı qurumlar bu açıqlamalara inanıb-inanmamaqla, audit yoxlamalarının olub-olmaması ilə bağlı qərar verməlidirlər.
“Ümumiyyətlə, AZAL-la bağlı bu günə qədər belə yoxlamalar aparılmayıb və ciddi şəkildə yoxlanışlar olmayıb. Ona görə də hesabatlılıq çox qeyri-peşəkarcasına hazırlanır və çox zaman da qeyri-şəffaf idarəçilik, korrupsiya sxemləri şirkətlərin xərclərinin şişirdilməsinə səbəb olur".
Ekspert bildirir ki, qəsdən şişirdilən xərclər isə ziyanla işləmənin əsas səbəbinə çevrilir.