Rusiya prezidenti Vladimir Putin Novo-Oqarevoda iqamətgahındakı otağını ilk dəfə jurnalistlərə göstərib.
Bu barədə "Rossiya 1" telekanalının "Moskva. Kreml. Putin." proqramında bildirilib. Kadrlarda otağın açıq rənglərdə hazırlandığı görünür.
Bundan başqa, otaqda divan, iki kreslo, televizor və kiçik masa yerləşir. Prezidentlə müsahibə də həmçinin burada hazırlanıb.
Bura istirahət otağı adlanır. Telekanalın müxbiri bildirib ki, indiyə qədər otaqda nələrin olduğunu heç kim görməyib.
Dövlət başçısı jurnalistləri otağına dəvət edib. Putin onlarla söhbətin gedişatında Dağlıq Qarabağda münaqişənin dayandırılması üzrə sazişin imzalanması prosesindən də danışıb.