Rok əfsanəsi Con Lennonun ölümündən 40 il keçir: o dünyada bir mahnıyla məhşurlamışdı

Rok əfsanəsi Con Lennonun ölümündən 40 il keçir: o dünyada bir mahnıyla məhşurlamışdı
8 Dekabr 2020
Mətni dəyiş
20-ci əsrin ən böyük musiqi adamlarından olan Con Lennon 40 il öncə dekabr ayının 8-də öldürülüb. Onu öldürəm Mark Chapman onun çoxsaylı pərəstişkarlarından biri idi. Cəmi 40 il yaşamış müğənni qısa ömründə rok musiqininin əfsanəsi adını ala bilib. Britaniyalı musiqiçi məşhur "The Beatles" qrupunun salisti və bəstəçisi olub. O uzun illər qrup halında şöhrəti dadsa da sonradan "The Beatles"dən uzaqlaşaraq solo kariyerasına da başlamışdı. Onun solo kariyerası da xeyli uğurlu olmuşdu. Gələcək musiqiçi 1940-cı ildə İngiltərənin Liverpul şəhərində dünyaya gəlib. O uşaqlıqdan yaradıcı və qeyri-adi birisi kimi böyüdülüb. Məktəb dərsləri ilə maraqlanmasa da kilsə xorunda uğurla çıxış edib. Bundan əlavə o məktəb qəzetində ciddi müəllimlərin karikaturasını çəkməklə də məşğul olub. [caption id="attachment_84278" align="aligncenter" width="700"] Con Lennonun gənclik illəri.[/caption] Con cəmi 4 yaşında anasını itirib. Daha doğrusu, anası yeni ərə getdiyi üçün onu xalasına verib. O məktəb illərindən gitara çalmağı öyrənsə də heç kim onu həvəsləndirməyib. Xalası onun musiqi ilə maraqlanmasını sevməyib və ondan musiqiçi olmayacağını dəfələrlə deyib. Ancaq xalasına inadla o ilk musiqi qurupunu məktəb illərində yaradıb. Qrupu yaradanda onun cəmi 16 yaşı olub və qrup "The Quarrymen" adlanırdı. O qrupda gitarist kimi çalışırdı. Qrup cəmi üç il yaşayıb, amma sonra dağılmayıb adını "The Beatles" olaraq dəyişdirib. O zaman heç kim bilməzdi ki, cəmi üç il sonra bu qurup dünya şöhrəti qazanacaq. O uzun illər xalasının yanında yaşasa da Con anasına çox bağlıydı. 1958-ci ildə o artıq 18 yaşındaydı və qəflətən dəhşətli xəbər alır, anası maşının altına düşüb can vermişdi. Anasının ölümü Lennona çox pis təsir edir, o anasına bir neçə mahnı həsr edir onlardan "My Mummy’s Dead" və "Julia" daha məşhurlarıdır. İnanmaq çətindir amma, dünyanın ən böyük müğənnilərindən biri olan Lennon öz səsini sevmirdi. Öz səs yazısına qulaq asmaq onu əsəbləşdirirdi. Buna görə də onun belə adəti vardı ki, bir mahnını oxuyub səsini bir neçə dəfə yazdırar içindən birini seçib bəyənərdi. [caption id="attachment_84277" align="aligncenter" width="1920"] Con Lennon "The Beatles" qrupunun tərkibində.[/caption] Lennon şöhrətinin zirvəsini "The Beatles" qrupunun kollektivindəykən, 60-cı ilərin ortalarında yetişib. O varlı və dəbdəbəli həyatın cazibəsi qarşısında dayana bilmir, narkotiklərə qurşanır və tezliklə onun əsirinə çevrilir. Lennonla qrupun başqa üzvlərinin münasibətləri korlanır. Bundan əvvəl qrupun lideri olan Con 1967-ci ildə yerini Pol Makkartniyə verir. Lennon narkotika asılılığı ilə bir müddət mübarizə aparır və axırda ona qalib gəlir. O zərərli asılılıqlarını meditasiya ilə əvəz edir və daha heç vaxt narkotika istifadəsinə qayıtmır. Lennonun parlaq yaradıcılıq yoluna amerikalı pərəstişkarı Mark Devid Çepmen son qoyur. O bir yandan Lennonun musiqisini çox sevir, bir yandan da Lennon kimi məşhur olmaq istəyirdi. O dekabr ayının 8-i 1980-ci ildə Lennonun avtomobili ilə öz evinə qayıtdığı vaxr ona beş dəfə atəş açmışdı. Lennonu bütün dünyada məşhurlaşdıran ilk solo albomu "Imagine" (Təsəvvür et) 1971-ci ildə çıxıb. O bu albomdan sonra "The Beatles" qrupundan sonrakı kariyerasına sürətli bir başlanğıc verdi. Albomunun adını aldığı "Imagine"  bütün düyada sülh tərəfdarı olan gəncliyin marşına çevrildi və 50 ildir ki, müxalif mədəniyyətin dəyişməz simvolu kimi qalmaqdadır. [embed]https://www.youtube.com/watch?v=YkgkThdzX-8[/embed]   Müəllif: Namiq Hüseynli

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun