UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda yarımçıq dayandırılan PSJ (Fransa) - "Başakşehir" (Türkiyə) matçı təxirə salınıb.
Bununla bağlı qərarı UEFA verib.
Qarşılaşma dekabrın 9-da qaldığı yerdən davam edəcək.
Türkiyənin “Başakşehir” klubunun futbolçuları və məşqçiləri UEFA Çempionlar Liqasının qrup mərhələsində Fransanın “Paris Sen-Jermen” komandası ilə oyunda meydanı tərk ediblər.
Buna səbəb İstanbul təmsilçisinin hücumçusu Demba Baya qarşı matçın ehtiyat hakimi tərəfindən irqçi ifadələr söyləməsi olub.
Buna baxmayaraq, matçın baş hakimi Ovidiu Hatseqan 38 yaşlı mütəxəssisə qırmızı vərəqə göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib.
Hazırda hesab 0:0-dır.