ABŞ-ın yeni prezidenti Co Baydendən ermənipərəst siyasət gözləmək olarmı?

ABŞ-ın yeni prezidenti Co Baydendən ermənipərəst siyasət gözləmək olarmı?
19 Yanvar 2021
Mətni dəyiş
ABŞ-ın yeni seçilmiş, amma hələlik öz səlahiyyətlərini icra etməyən prezidenti Co Baydenin prezidentliyi dönəmində Qafqaza münasibətinin necə dəyişəcəyini hələlik çox adam bilmir. Amma artıq məlumdur ki, Baydenin ABŞ-dakı erməni lobbisi ilə yaxşı əlaqələri var və hətta indiyə kimi bir neçə ermənipərəst addımı da olub. Belə ki, Baydenin seçki kampaniyası zamanı formalaşdırdığı komandasında iki erməni var. Onlardan biri Ceff Marutyandır. Marutyan Baydenlə birgə işləməzdən əvvəl İqlim Araşdırmaları Agentliyinin rəhbərinin köməkçisi olub. Baydenə yaxın olan digər erməni isə Ayk Hacınazaryandır. O Baydenin kampaniyasında aktiv iştirak edib və beləlikə Bayden dövründə Ağ evdə regional kommunikasiya məsələləri üzrə bölmənin rəhbəri olacaq. Bayden bundan öncə hələ senator olanda ermənilərlə bağlı fərqli məsələlərdə dəstək bəyanatı verib, erməniləri müdafiə edib. [caption id="attachment_95441" align="aligncenter" width="1560"] ABŞ-ın yeni prezidenti Co Bayden və Ayk Hacınazaryan.[/caption] Ancaq Amerikadakı Erməni Tədqiqat Mərkəzinin rəhbəri Suren Sarkisyan Sputnik Armeniyaya deyib ki, Baydenin prezident seçilməsi ilə ABŞ-ın Cənubi Qafqazla bağlı siyasətində xüsusi dəyişikliklər gözləməyə dəyməz. Sarkisyan deyir ki, Baydenin senatorluq dövründəki ermənipərəst bəyanatlarından ümüdlənmək əbəsdir. Çünki bu cür çıxışlar ABŞ senatorlarına xas bir şeydir və dövlət siyasətində elə də gözə görünmür. "ABŞ-ın Cənubi Qafqaza və Ermənistana siyasətində dəqiqləşdirmələr olacaq. Ola bilər bu ölkə bizim ölkəyə münasibətlərinə də yenidən baxsın, amma bu siyasətin dəyişdirilməsi anlamına gəlmir" - deyə Sarkisyan bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun