Amerikada həyəcan yaradan səs yazısı yayılıb: "Süleymaninin qisası alınacaq"

Amerikada həyəcan yaradan səs yazısı yayılıb: "Süleymaninin qisası alınacaq"
6 Yanvar 2021
Mətni dəyiş

ABŞ tərəfindən öldürülən İran İnqilab Keşikçiləri Qüds Gücü komandiri Qasım Süleymani ilə bağlı həyəcan yaradan səs yazısı yayılıb. "Çərşənbə günü Konqresin üzərindən uçacağıq, Süleymaninin qisası alınacaq" mesajı verilən səs yazısı Nyu-York hava nəqliyyatı nəzarətçilərinin radio xəttində eşidilib.

ABŞ-ın İran İnqilab Keşikçiləri Qüds Gücü komandiri Qasım Süleymanini öldürməsindən bir il keçməsinə baxmayaraq, iki ölkə arasındakı gərginlik davam edir.

Süleymaninin vəzifəsinə gələn İran İnqilab Keşikçiləri Qüds Gücü komandiri İsmail Kaaninin təhdidi dünyanı, xüsusən də ABŞ-ı narahat edib. İranın intiqam almağa hazır olduğunu deyən Kaani əlavə edib ki, ABŞ-ın etdikləri Qüds Gücünün müqavimətini qıra bilməyəcək: "Etdiyiniz cinayətlərin cavabını verəcək şəxs sizin evinizdə ola bilər ”, - deyə o, vurğulayıb.

Süleymaninin ölümünün ildönümündə ortaya çıxan səs yazısı təhlükəsizlik qüvvələrini hərəkətə keçirdib. Səs yazısının etibarlı hesab edilməməsinə baxmayaraq, FTB rəsmilərinin hər ehtimalı nəzərə alaraq istintaqı davam etdirdiyi bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun