Dünən, 6 yanvarda ABŞ konqresində 3 noyabr prezident seçkilərinin nəticələri ilə bağlı qızğın mübahisələr gedib. Bununla bərabər, paytaxt Vaşinqtonda toplanan tərəfdarlarının önündə çıxış edən Tramp məğlubiyyəti qəbul etməyəcəyini və prezident seçkilərində mübarizəni dayandırmayacağını bildirib.
Bu seçkilərdə səslərini artırdığını və 75 milyona yaxın insanın ona səs verdiyini iddia edən Tramp "Sizdən kimsə Co Baydenin həqiqətən də 80 milyon səs aldığına inanır? Bunlar kompüterdə düzəldilən 80 milyon səsdir", - deyə vurğulayıb.
Tramp mətbuata üz tutaraq, mətbuat işçilərini xalq düşməni adlandırıb və tərəfdarları ilə birlikdə ABŞ konqresinə yürüş edəcəyini bildirib.
Bundan sonra hazırki prezident Donald Trampın minlərlə tərəfdarı ABŞ konqresinin binasına axın ediblər, onlar binaya daxil ola biliblər.
Toqquşmalar
Şəhərə milli qvardiya yerdildikdən sonra, polis və milli qvardiyanın əsgərləri ilə etirazçılar arasında toqquşma bas verib. Toqquşmalarda ümumilikdə dörd nəfər həyatını itirib, yüzə yaxın şəxs yaralanıb, bir o qədəri də polis tərəfindən saxlanılıb.
Bununla bərabər, Respublikaçıların və Demokratların qərargahları şübhəli paket həyəcanı ilə eyni vaxtda boşaldılıb. Təhlükəsizlik qüvvələrinin Respublikaçıların qərargahında polis tərəfindən partladılaraq zərərsizləşdirilən obyektin boru tipli bomba olduğu deyilib.
Küçəyə çıxmaq qadağası
Bundan sonra paytaxt Vaşinqtonda insanların küçəyə çıxması qadağan edilib. Qaydalara əməl etməyib küçəyə çıxan insanlar polis tərədinsən saxlanılır. Polisin yaydığı məlumata görə, hazırda otuzdan çox şəxs küçəyə çıxma qadağasını pozduğuna görə saxlanılıb.
Reaksiyalar
Hadisənin ardından, Donald Tramp tərəfdarlarını evlərinə getməyə çağırıb.
Bununla yanaşı, ABŞ-ın keçmiş prezidenti Corc Buş Tramp tərəfdarlarının konqresə basqın etməsindən dəhşətə gəldiyini bildirib: "Qiyam ölkəmizə və insanlarımıza böyük ziyan vura bilər. ABŞ-da qanunun aliliyinə dəstək vermək hər vətənpərvər vətəndaş üçün əsas məsuliyyətdir", - deyə o, vurğulayıb.
ABŞ Təhlükəsizlik Orqanları baş verənləri "Terror" və "Dövlət çevrilişinə cəhd" kimi qiymətləndirir.
Bir çox Avropa ölkəsi və Beynəlxaq Təşkilatlar ABŞ-da insanları təmkinli olmağa və ABŞ qanunlarına hörmət etməyə çağırır. Amerikada baş verənləri "Demokratiyaya zərbə" kimi qiymətləndirirlər.
Son nəticələr
Prezident seçkilərinin nəticələrindən sonra ən çox gözlənilən seçkilər Corciya ştatında senata olan seçkilər idi.
Corciya ştatındakı Senat seçkilərinin ikinci turunun nəticəsi dəqiqləşib və Senat demokrat namizəd Con Ossoffun qələbəsi ilə 50 demokrat və 50 respublikaçı arasında bölünüb.
Con Ossoffun Respublikaçı rəqibi David Perdue üzərində qələbəsindən sonra demokratlar həm Nümayəndələr Palatasında, həm Senatda, həm də Ağ Evdə qalib gəliblər.