Lancet Medical Journal xaotik və uzun sürən müharibələrin dünya miqyasında 600 milyondan çox uşağın və qadının əsas sağlamlıq xidmətlərinə müraciət edə bilməyəcəyinə səbəb olacağını bildirib.
Araşdırmaya görə, 2019-cu ilə qədər 35 ölkədə 54 silahlı qarşıdurma olub. Bu, ən az 630 milyon uşaq və qadına mənfi təsir göstərərək, humanitar çatımlılıq və əsas tibbi tələbatlar baxımından çətinliklər yaradıb.
Stanford Universiteti, London Gigiyena və Tropik Tibb İnsitutu da daxil olmaqla doqquz qurumdan ibarət tədqiqat qrupu bildirib ki, 2017-ci ilə qədər dünyadakı qadınların 10%-i, uşaqların da 6%-i məcburi köçkün olub və ya münqaişəyə yaxın bölgədə yaşayıb.
Araşdırmada görə, 2009-cu ildən 2017-ci ilə qədər əhali sayının artımı, qarşıdurmalar, partlayıcı maddələrin və kimyəvi silahların şəhər yerlərində artan istifadəsi kimi faktorlar nəticəsində qaçqın olan uşaq və qadınların sayı 30 milyondan 50 milyona qalxıb.
Tədqiqatçılar müharibələrdə getdikcə artan beynəlxalq humanitar hüquqa hörmətsizliklə, eyni zamanda şəhərlərdə sistematik olaraq partlayıcı və kimyəvi silahların istifadəsi ilə yanaşı qadınlara qarşı cinsi zorakılığın da artdığına diqqət çəkib.
Tədqiqat qrupunun üzvü olan Beyrut Amerika Universitetindən Hala Ghattas qeyd edib ki, silahlı qarşudurmaların qadınlar və uşaqlar üzərindəki dolayı təsirləri, müharibələrin birbaşa təsirlərindən çoxdur.