Ağ Evin sözçüsü Cen Psaki deyib ki, ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə ilk telefon danışığında Rusiyanın müxalifət lideri Aleksey Navalnının azadlığa buraxılmalı olduğunu bildirib.
Mətbuat konfransı zamanı jurnalistin "Bayden Putindən Navalnının azadlığını istəyib?" sualına Psaki cavab verib ki, bəli, son həftələrdə komandamızın etdiyi kimi edib Bayden. Ancaq sözçü mövzu ilə əlaqədar başqa detal paylaşmayıb.
Almaniyadan qayıdarkən Moskvada hava limanında həbs edilən rus müxalifət lideri Aleksey Navalnı barəsində məhkəmə 30 günlük həbs qərarı çıxarıb. Bundan sonra, Navalnı tərəfdarları 23 yanvarda onu dəstəkləmək üçün Rusiyanın müxtəlif yerlərində etirak aksiyaları təşkil ediblər. Etirazların sifarişçisi Navalnı tərəfdarlarını 31 yanvarda yenidən meydanlara çıxmağa çağırıb.
Amnesty International təşkilatı Amerikanın yeni prezidenti Co Baydenə çağırış edib
Təşkilatın açıqlaması Amerika Müdafiə Nazirliyinin İndoneziyada 2002 və 2003-cü illərdə 214 nəfərin öülümü ilə nəticələnən terror hücumu ilə əlaqədar Quantanamoda saxlanılan 3 təqsirləndirilən şəxsin mühakimə olunması üçün hərbi məhkəməyə göndərilməsindən sonra yayılıb.
Açıqlamada bildirilib ki, Quantanamo həbsxanası beynəlxalq insan hüquqlarına zidd təşkil olunub: "Quantanamodakı rəftar Bayden hökumətinin təcili şəkildə aradan qaldırmalı olduğu insan haqları problemidir", - deyə qeyd olunub.
Quantanamoda 40 müsəlmanın 20 ildir hökm olmadan saxlanılmasına diqqət çəkən açıqlamada bildirilib ki, Quantanamo birdəfəlik və tamamən bağlanmalıdır.
Quantanamo həbsxanası
Quantanamo həbsxanası - ABŞ hakimiyyəti tərəfindən əsasən müxtəlif cinayətlərdə, terrorizmdə və düşmən tərəfdə döyüşməkdə şübhəli bilinən şəxslər üçün düşərgədir. Müəssisə Kubanın Quantanamo Körfəzində daimi olaraq icarəyə götürülmüş dəniz bazasında yerləşir.
2009-cu ildə ABŞ-ın o zamankı prezidenti Barak Obama həbsxananın ləğvi haqqında əmr imzalamışdı. Düşərgə bir il ərzində bağlanmalı idi, lakin qərar yerinə yetirilmədi.
2018-ci ilin əvvəlində ABŞ Prezidenti Donald Tramp Quantanamodakı hərbi həbsxananın qorunub saxlanılması barədə göstəriş verdi.