BMT: "Dünyada rəsmi işsizlərin sayı 33 milyon nəfərdən 220 milyon nəfərə qalxıb"

BMT: "Dünyada rəsmi işsizlərin sayı 33 milyon nəfərdən 220 milyon nəfərə qalxıb"
29 Yanvar 2021
Mətni dəyiş

Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzdində fəaliyyəti göstərən Beynəlxalq Əmək Təşkilatının (ILO) hesabatına görə, epidemiya səbəbindən ictimai və sosial həyatda tətbiq olunan məhdudiyyətlər 2020-ci ildə qlobal ümumi iş saatının 8,8% azalmasına səbəb olub.

Təşkilat bunun qeydə alınmış 114 milyon işsiz şəxs də daxil olmaqla 255 milyon daimi iş yeri itkisi mənasını verdiyini bildirib. İşsizlik 1,1% artıb və dünya miqyasında işsiz şəxslərin sayı 33 milyondan 220 milyona qalxıb.

Beynəlxalq Əmək Təşkilatının Baş direktoru Qay Rayder, bildirib ki, 1930-cu il böyük b[hrandan bəri ilk dəfədir ki, əmək bazarı belə böhran yaşayır. Onun fikrincə, bu böhranın təsiri 2009-cu il böhranından daha çoxdur.

BƏT deyir ki, artıq işini itirənlər yeni iş axtarmaqdan əl üzüblər. Buna səbəb ən çox işçi qüvvəsinə ehtiyac olan restoran, kafe, otel kimi xidmət sektorlarının da karantin məhdudiyyəti olan sahələrə əlavə edilməsidir. Təşkilatın fikrincə, bu tendensiya 2021-ci ilin ilk yarısında da davam edəcək. Rəsmi hesablamalara görə. 81 milyon insan işsiz olsa da, işsizlik qeydiyyatından keçməyib.

BƏT 2021-ci ilin ikinci yarısında məşğulluq bazarında yaxşılaşma olacağını gözləsə də, bunun da koronavirus epidemiyası ilə bağlı vəziyyətdən asılı olduğunu deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun