"Buynuzlu adam" Tramp əleyhinə ifadə verməyə hazır olduğunu bildirib

"Buynuzlu adam" Tramp əleyhinə ifadə verməyə hazır olduğunu bildirib
29 Yanvar 2021
Mətni dəyiş

ABŞ Konqresinə 6 yanvarda baş tutan hücumda bizon buynuzlu kürk başlığı ilə diqqət çəkən "Bizon adam" ləqəbli Jacob Chansley özünü keçmiş prezident Tramp tərəfindən xəyanət olunmuş hiss etdiyini və Trampın istintaqında ifadə vermək istədiyini bildirib.

Associated Pressə danışan vəkil Albert Watkinsin sözlərinə görə, Chansely deyib ki, aksiyalara Trampın çağırışı ilə qoşulub, ancaq daha sonra Tramp onları azadlığa buraxdırmamaqla xəyanət edib.

Məhkəmə protokollarına görə, Chansely hakimə deyib ki, Tramp 6 yanvarda bütün tərəfdarlarını özünə dəstək üçün konqresə çağırıb və bundan sonra o, Trampa dəstək vermək üçün ora gedib. Məlumata görə, digər təqsirləndirilənlər də Trampın çağrışına uyub ora getdiklərini deyiblər.

Watkins müvəkkilinin hələ fevral ayının əvvəlindən başladılması planlaşdırılan istintaqa ifadə vermək üçün Senata müraciət etmədiyini, ancaq senatorların Trampın çağrışı ilə aksiyaya qoşulan birini dinləmələrinin vacib olduğunu bildirib. Vəkil ötən həftə açıqlama verərək deyib ki, Chansley aldadadıldığını düşünür və konqresdəki basqına görə peşmandır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun