ABŞ Konqresinin Senatı namizədliyi Prezident Co Bayden tərəfindən irəli sürülmüş Canet Yellenin ölkənin Maliyyə Nazirliyinin rəhbəri vəzifəsinə təsdiqləyib.
Senatın Baş Assambleyasında keçirilən səsvermə ölkənin qanunverici orqanının yuxarı palatasının saytında yayımlanıb.
ABŞ-ın ilk qadın maliyyə naziri olacaq 74 yaşlı Yellen yaxın vaxtlarda and içəcək.
Administrasiyasında türk qadın
Maliyyə naziri təyin olunan Canet Yellenin aparatının rəhbəri türk əsilli Didəm Nişancı olacaq. Nişancı 1973-cü il 9 martda dünyaya gəlib. 1991-95-ci illərdə Amerikada iqtisadiyyat təhsili alıb.
O, daha əvvəl sabiq prezident Barak Obama dövründə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasında aparat rəhbəri işləyib.
1998-2001-ci illərdə də Amerika Maliyyə Nazirliyində işləyib.