Dünya COVİD-19 peyvəndinə necə hazırlaşır, nələrə diqqət ediləcək...

Dünya COVİD-19 peyvəndinə necə hazırlaşır, nələrə diqqət ediləcək...
1 Yanvar 2021
Mətni dəyiş
İngiltərə və ABŞ-dan sonr Avropa Birliyinə üzv olan ölkələr də qarşıdan gələn günlərdə koronavirusa qarşı peyvənd kampaniyalarına başlayır. BioNTech-Pfizer şirkətlərinin birgə əməkdaşlığı ilə ərsəyə gələn və Comirnaty adlandırılan peyvənd Avropa Birliyi tərəfindən təsdiqləndi. ABŞ-ın Moderna şirkəti tərəfindən yaradılan peyvəndin də gələcək həftələrdə AB-də təsdiqlənməsi gözlənilir. Peyvəndlərin həyat xilas etməsi, koronavirusla mübarizədə dönüş nöqtəsi olması ümüd edilir. Bunlarla birlikdə peyvəndlərlə bağlı bəzi həqiqətləri də bilmək lazımdır. Beləliklə, həm BioNTech-Pfizer, həm də Moderna tərəfindən hazırlanan peyvəndələr mRNA texnologiyası ilə hazırlanıb. Bunlar rəsmi orqanlar tərəfindən istifadə olunmağa təsdiq alan ilk peyvəndlərdir. Bu peyvəndlər insanın bədənindəki hüceyrələrdə koronavirusdakı zülallara xas olan zülallar sintez edə bilir. Beləliklə immunitet sistemi virusu tanıyır, antitellər yaradır və virusla mübarizə apara bilir. Təsdiqlənmiş bu iki peyvənd arasında ən önəmli fərq Moderna peyvəndinin 30 günə qədər adi bir soyuducuda saxlanıla bilməsidir. BioNTech-Pfizer peyvəndinin isə "- 70" dərədəcə temperatura saxlanılma məcburiyyətidir. İstifadəyə hazır hala gətiriləndən sonra bu peyvənd cəmi 5 gün adi soyuducuda saxlanıla bilər. Məhz bu cəhətinə görə BioNTech peyvəndlərini -70 dərəcə temperatura saxlamaq məcburiyyəti olduğu üçün və onun təsirini itirməməsi üçün xüsusi peyvəndləmə mərkəzlərində, mobil qruplar tərəfindən, qocalar evlərində, poliklinikalarda vurulması tövsiyyə edilir. Bu peyvəndləri ailə həkimləri tərəfindən vurulmasına icazə verilmir. Bundan əlavə həm Moderna, həm də BioNTech-Pfizer peyvəndi üç həftə aralıqla iki doza vurulmalıdır. Üstəlik ilk doza olaraq hansı peyvənddən vurulubsa ikinci doza da eyni istehsalçının peyvəndi vurulmalıdır. Əks təqdirdə peyvəndin təsiri olmaya bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun