İngiltərənin "Arsenal" klubunun futbolçusu Mesut Özil karyerasını Türkiyədə davam etdirəcək.
DHA xəbər verir ki, türk əsilli almaniyalı yarımmüdafiəçi "Fənərbağça" ilə anlaşıb.
33 yaşlı oyunçunun İstanbul təmsilçisi ilə 3,5 illik müqavilə imzalayacağı bildirilib.
Qeyd edək ki, Mesut Özil "Arsenal"dan öncə Almaniyada "Şalke" və "Verder"in, İspaniyada isə "Real Madrid"in formaını geyinib.
Təcrübəli yarımmüdafiəçi bir müddət əvvəl İdman Araşdırmalar Mərkəzinin keçirdiyi sorğunun nəticəsində Azərbaycanda İlin Döyüşkən Legioneri seçilib.