İranda həyəcan siqnalı işə düşüb, səbəblər açıqlanıb

İranda həyəcan siqnalı işə düşüb, səbəblər açıqlanıb
30 Yanvar 2021
Mətni dəyiş

Təşkilatlardan birinin sistemində yaranmış nasazlıq Tehranın qərb hissəsində həyəcan siqnalının işə düşməsinə səbəb olub.

Bu barədə İranın “ISNA” agentliyi Tehran vilayətinin rəhbərliyinə istinadən məlumat yayıb.

Agentlik bildirir ki, nasazlıqdan sonra həyəcan siqnalı dayanıb. Təşkilatın adı isə hələlik açıqlanmır.

Eyni zamanda, Tehran vilayətinin fövqəladə hallar departamentinin rəhbəri Mənsur Daracati “siqnalın güclü yağışdan sonra həyəcan elanı sisteminə suyun sızması səbəbindən işə düşdüyünü” açıqlayıb.

Bundan bir qədər əvvəl “Jamaran” agentliyi Tehranın qərb rayonlarında həyəcan siqnallarının eşidilməsi barədə xəbər yaymışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun