İspaniya peyvənd olunmaq istəməyənləri qara siyahıya salacaq, siyahını bəzi ölkələrə də verəcək

İspaniya peyvənd olunmaq istəməyənləri qara siyahıya salacaq, siyahını bəzi ölkələrə də verəcək
1 Yanvar 2021
Mətni dəyiş

Koronavirus epidemiyasına qarşı mübarizə çərçivəsində İspaniya peyvənd olunmayanların siyahısını tutmağa qərar verib. Koronavirusun ən çox ziyan verdiyi Avropa ölkələrindən biri olan İspaniya virusa qarşı peyvəndlənməkdən imtina edənlərin qeydlərini aparır.

Səhiyyə naziri Salvador İlla siyahının ictimaiyyət və ya işəgötürənlər üçün açıqlanmayacağını bildirib. Ancaq siyahı digər Avropa Birliyi ölkələri ilə paylaşılacaq. Virusu məğlub etməyin yolunun hamının peyvəndlənməsi olduğunu deyən nazir bildirib ki, bu nə qədər çox olsa, bir o qədər yaxşıdır.

'Pfizer-BioNTech' tərəfindən istehsal olunan və Avropa Birliyi ölkələri tərəfindən qəbul edilmiş peyvəndlər hazırda bütün qitə üzrə paylanılır, artıq bəzi ölkələrdə peyvəndləmə başlayıb.

Siyahını digər Avropa ölkələri ilə bölüşəcəklər

Açıqlamasında peyvəndləmənin məcburi olmayacağını bildirən İlla, peyvənd olunmaqdan imtina edənlərlə bağlı da əlavə edib ki, burda bizim edə biləcəyimiz tək şey onların siyahısını formalaşdırıb, Avropa Birliyi ölkələrinə də təqdim etməkdir. Salvador İlla siyahını formalaşdırarkən vətəndaşların şəxsi məlumatlarına həssaslıqla yanaşılacağını da bildirib.

Peyvənd sorğusu

Aparılan ən son sorğuya görə, peyvənd olunmaqdan imtina edən İspaniya vətəndaşlarının sayı yüzdə 47-dən yüzdə 28-ə düşüb.

İspaniyalı nazir bildirib ki, peyvəndlənməmək vətəndaşların haqqıdır. Şübhələrini aradan qaldırmağa çalışacağıq. Peyvəndlənmək insanların həyatını xilas edəcək, bu epidemiyadan çıxış yoludur.

Statistika

İspaniyada koronavirusdan ölənlərin sayı 50 mindən çoxdur. Ölkədə pandemiya dövründə 1,8 milyondan çox yoluxma halı qeydə alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun