Konqresin binasına girən bu "buynuzlu" adam kimdir? - [ətraflı]

Konqresin binasına girən bu "buynuzlu" adam kimdir? - [ətraflı]
8 Yanvar 2021
Mətni dəyiş

ABŞ konqresinə hücum edən etirazçılar arasında buynuzlu, tüklü papaq taxan, üzü boyalı, köynəksiz, döyməli və meqafon daşıyan bir adam bütün diqqətləri üzərinə çəkib. Bəs konqresə hücum edən bu buynuzlu adam kimdir?

Aktyor və dirijor QAnon Şaman kimi də tanınan maskot görünüşlü bu oğlanın əsl adı Jake Angelidir.

Arizondan olan 32 yaşlı Angeli radikal Tramp tərəfdarıdır. Həm də Trampın mitinqlərindən hər kəsə tanış simadır.

QAnon qrupu prezident Trampın Amerikadakı şeytanlara və tərəfdarlarına qarşı gizli, lakin həyati mübarizə apardığına inanır. Trampın əyalətlərdə, mediada və iş dünyasında şeytana pərəstiş edən pedofillərə son verəcəyinə inanırlar.

Bəzi respublikaçılar etirazçıların və xüsusilə Angelinin solçu Antifa qruplaşmasının üzvləri olduğunu heç bir fakt olmadan iddia edirlər.

Müntəzəm olaraq etiraz aksiyalarında iştirak edən Angeli keçən il ABŞ-dakı Arizona Central xəbər agentliyinə açıqlama verib. O mətbuatı gərəksiz olaraq Trampı tənqid etməkdə və koronavirusla bağlı vəziyyəti şişirtməkdə ittiham edib.

"Düşünürəm ki, prezidentin yaşadıqlarını görən yaxşı vətənpərvər amerikalılar olmalıdır və onlar ayağa qalxıb "Hey kişi, nə yaşadığını başa düşürük və işini gördüyün üçün sənə təşəkkür edirik deməlidir", - deyə Angeli bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun