"Peyvənd çatışmazlığının səbəb olduğu boşluğu öz peyvəndimizlə doldurmalıyıq"

"Peyvənd çatışmazlığının səbəb olduğu boşluğu öz peyvəndimizlə doldurmalıyıq"
1 Yanvar 2021
Mətni dəyiş

Pfizer/BioNTech peyvəndini hazırlayan Uğur Şahin və Özlem Türəci Almaniyanın "Spiegel" jurnalına açıqlama veriblər. Uğur Şahin peyvənd tədarükü stoklarında problem olduğunu bildirib.

Özləm Türəci və Uğur Şahin düşünürlər ki, digər peyvəndlər bazara çıxana qədər tədarükdə boşluqlar olacaq.

"Hazırda vəziyyət yaxşı görünmür, tədarük boşluğu var. Bazarda təsdiqlənmiş peyvənd çatışmazlığının səbəb olduğu boşluğu öz peyvəndimizlə doldurmalıyıq", - deyə Uğur Şahin Spiegelə bildirib.

Açıqlamasında virusun mutasiya etmiş formasına da toxunan Uğur Şahin bildirib ki, hazırladığımız peyvəndin bu yeni koronavirus tipinə də təsirləri ilə bağlı testlərimiz davam edir və tezliklə daha əhatəli nəticələr əldə edəcəyik.

Virusun mutasiya etmiş formasının daha güclü olmasına dair məsələlərə də toxunan Uğur Şahin qeyd edib ki, belə olsa, peyvəndləri 6 həftəyə qədər geri vermək mümkün olacaq. Amma növbəti dəfə bazara çıxarılsa, yenidən təsdiqlənməli olacaq.

Avropa Birliyi yanlışa yol verdi 

Özləm Türəci Avropa Birliyinin koronavirus peyvəndinin yayılmasında qərar mexanizminin daha sürətli olmalı olduğunu bildirib.

"Bir nöqtədə bu qədər sürətli çatdırmanın mümkün olmayacağı aydın oldu. Bundan sonra da artıq peyvənd sifariş etmək gec idi", - deyə Özləm Türəci bildirib.

Uğur Şahin BioNTechin fevral ayında Almaniyanın Marburq şəhərində ilin ilk yarısında 250 milyon doza istehsal edə biləcək yeni bir istehsal xətti qurmağı ümid etdiyini bildirib.

İstehsalın artırılması üçün danışıqların davam etdiyini bildirən Uğur Şahin əlavə edib ki, daha yüksək temperaturlara davam gətirə biləcək yeni nəsil peyvəndlər yaz sonunda hazır olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun