Rusiya Federasiyaının przidenti Vladimir Putin Rusiyada "Tələbələr Günü" münasibəti ilə bir qrup tələbə ilə onlayn görüş keçirib.
Tələbələrin suallarını cavablandıran Putin onun olduğu iddia edilən, Genelencekdəki saraydan tutmuş bir çox məsələdən danışıb.
Rusiya prezidenti uşaqların qanunsuz kütləvi aksiyalarda iştirakını pisləyib və bildirib ki, bu terroristlərin üsuludur ki, azyaşlıları bu formada istismar edirlər. Bütün bunlarla yanaşı polisin də faliyyətinə toxunan prezident qeyd edib ki, polis əməkdaşları da hər kəs kimi qanuna uymalıdır.
Putinin sözlərinə görə, polis fəaliyyətində qanunu əsas tutmalıdır: "Onlar da Rusiya xalqına və dövlətinə xidmət etmək vəzifələrini qanun çərçivəsində həyata keçirməlidirlər. Gələcəkdə də bu şəkildə davam edəcəyimizə inanıram", - deyə Rusiya Federasiyasının prezidenti Vladimir Putin qeyd edib.
Polis əməkdaşı and içib, üzr istədi
Rusiyanın Sankt-Peterburq şəhərində hökumət əleyhinə təşkil olunan aksiyalarda bir yaşlı qadına təpik atıb onu xəstəxanalıq edən polis, xəstəxanada qadına ziyarət edib və ondan üzr istəyib.
Rusiyanın müxalifət lideri Aleksey Navalnın həbsinə etiraz olaraq təşkil olunan mitinqdə polis əməkdaşı 54 yaşlı qadını təpiklə vurub. Zərbədən sonra yerə yıxılan qadın xəstəxanaya yerləşdirilib. Bu görüntülər Rusiya cəmiyyəti tərəfindən sərt tənqid olunub.
Bundan sonra, polis əməkdaşı xəstəxanada qadına ziyarət edib.
Əlində çiçəklərlə ziyarətə gələn polis deyib ki, hadisədən bir neçə dəqiqə əvvəl gözümə qaz sıxdılar və dəbilqəmin şüşəsindən görmə imkanlarım məhdudlaşdı: "Sizə and içirəm ki, nə baş verdiyini anlamadım və bu mənim üçün şok oldu. Görüntülərə baxanda artıq bu mənim şəxsi faciəmə döndü", - deyə polis əməkdaşı bildirib.
Qadın isə üzrü qəbul edib və bildirib ki, elə vəziyyətlərdə belə hallar olur.
[embed]https://www.youtube.com/watch?v=N1mmf8CnSFQ[/embed]