25 Yanvar 2021
Mətni dəyiş
Niyə Navalnı Qərbin dostu olmaya bilər ?
İlk baxışdan Navalnı Qərbin Kremldə oturmasını istəyəcək bir insan kimi görünür. O korrupsiyaya, oliqarxiyaya, seçki saxtakarlığına və ən vacibi Putinə qarşıdır. Qərbdə çoxları hesab edir ki, onun prezident seçilməsi Rusiyanın xarici siyasətində əsaslı dəyişikliyə və çox güman ki Moskva ilə tarixdə görünməmiş müsbət münasibətlərə səbəb olacaq. Qərb mətbuatında Navalnının Putinin sərt hakimiyyətinə qarşı çıxışlarını, onun özünə qarşı olan hücumları, həbslər və zəhərləmələri (bu yaxında o onuncu dəfə zəhərlənmiş və bu üzdən xəstaxanaya yerləşdirilmişdi) davamlı işıqlandırması da bu ideyanın yayğınlaşmasına səbəb olmuşdur. Çox güman ki keçmişdə olan oxşar hadisələrdə Kremlin hədəfinə gələn şəxslərin Qərbə simpatiyaları olduğu üçün (Boris Berezovsky, Anna Politkovskaya, Sergey Skripal, Sergey Magnitski, və Alexander Litvinenko) media Navalnını da oxşar obrazda təqdim etməyə çalışıb. Lakin Navalnının demokrat və korrupsiyaya qarşı hücum edən birisi kimi təsvir edilməsi tamamilə doğru olsa da Putinin qatı düşmənin qərbin dostu olacağı fikri doğru deyil.
Navalnı heç vaxt özünün Rusiya millətçiliyinə olan simpatiyasını gizlətməyib. 2006-cı ildə o açıq şəkildə rus ultra sağçılarının yürüşü olan “Rus Marşı”-nı dəstəkləmiş növbəti il isə millətçi “Böyük Rusiya” və İlleqal immiqrasiyaya qarşı hərəkatla müttəfiq olan “Xalq” təşkilatının əsasını qoyub. Kreml adətən öz daxili opponentlərinin etibarını “qərbin agenti” damğası ilə zədələməyə çalışır. Qısa müddət Yale Universitetində dərs almağına baxmayaraq Navalnını bu cür ittiham edə bilməyiblər. Navalnının fikirləri Rusiyanın başqa ölkələrə hərbi müdaxilələri mövzusunda da qərblə üst-üstə düşmür. 2008-ci ildə Gürcüstan Abxaziya və Cənubi Osetiyada Rusiyanın dəstəklədiyi qüvvələrin separatçı addımlarının qarşısını almağa çalışdı. Rusiya ordusu əvvəl Gürcüstan silahlı birləşmələrini regiondan çıxardı sonra isə birbaşa Gürcüstan ərazisini işğal etdi. Tbilisi bombalandı və Rusiya qüvvələri yalnız paytaxtın 32 kilometrliyində dayandı.
Sovet İttiafqının dağılmasından sonra Gürcüstan qərbin müttəfiqi olub və NATO-nun Əfqanstandakı və İraqdakı əməliyyatlarına öz dəstək hərbi qüvvələrini göndərib. Buna baxmayaraq Navalnı konfliktdə Gürcüstanı dəstəkləmədi. O nəinki Rusiyanın işğalını dəstəklədi hətta gürcülərin Rusiyadan qovulmasına çağırış etdi və onları “grızun” (gəmirici) - rus millətçiləri tərəfindən işlədilən alçaldıcı ifadə - adlandırdı. Baxmayaraq ki Navalnı sonradan bu irqi ifadəni işlətdiyinə görə peşman olduğunu bildirdi o, Rusiyadan istisna beynəlxalq ictimaiyət tərəfindən Gürcüstanın ərazisi kimi tanınan Cənubi Osetiya və Abxaziyanın müstəqillikləri ilə bağlı mövqeyini dəyişmədi. Gürcüstan Navalnının Rusiya meylli separatçı hərəkatları dəstəklədiyi yeganə ölkə deyil. Dnestryanı və Krımın müvafiq olaraq Moldova və Ukrayna ərazisi olması bütün ölkələr tərəfindən tanınsa da Navalnı hər iki halda bu ölkələrdəki Rusiya meylli hərəkatları dəstəklədiyini bildirib. Doğrudan da “Exo Moskvı” radiosuna müsahibəsində Navalnı bildirmişdi ki, o president olarsa Krımı Ukraynaya qaytarmağı düşünmür və Ukraynalılara məsləhət görüb ki “onlar özlərini aldatmasınlar”. O, ukraynlarla ruslar arasında fərq görmədiyini bildirmişdir. Bu rus ultrasağçılarına xas olan panslavik ifadədir və Navalnı onu Rusiyanın yaxın xaric hesab etdiyi ölkələrdə hərbi fəaliyyətini dəstəkləmək üçün dəfələrlə bu ifadəni istifadə edib. Əgər Navalnı Rusiyanın hərbi müdaxilələri haqqında şübhəli çıxışlar edirsə bu adətən moral yox iqtisadi səbəblərə görədir. O hesab edir ki, Ukrayna və Suriyadakı hərbi əməliyyatlara xərclənən vəsait ölkədə əhalinin həyat şəraitini yaxşılaşdırmaq üçün istifadə edilə bilərdi.
Şübhə yoxdur ki, əgər Navalnı və ya onun partiyası nə vaxtsa hakimiyyətə gəlsə Rusiya xalqının həyatı surətlə yaxşılaşacaq. Amma öz ifadəsi ilə desək o “millətçi demokratdır”. Navalnının qərbə meyl edən keçmiş sovet dövlətləri haqqında fikirləri və rus millətçiliyi haqqında ictimai çıxışları bizə onu deməyə əsas verir ki, qərblə Rusiya arasında münasibətlərin yumşalması ola bilər ki onun hakimiyyəti dövründə belə baş verməsin.