Rusiyanın bir sıra şəhərlərində müxalifət lideri Aleksey Navalnıya dəstək məqsədi ilə keçirilən aksiyalarda yetkinlik yaşına çatmayan şəxsləri çağıran paylaşımlarla bağlı gərginlik hələ də davam edir.
Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidmətinin verdiyi məlumata görə, Feysbuk, İnstaqram, Tvitter və Yutubu sosial şəbəkələrini, eyni zamanda Rusiyanın VKontakte və Odnoklassniki şəbəkələri Rusiya Baş Prokurorluğunun tələblərini və bizim bildirişlərimizə baxmayaraq, qanunsuz çağırışlar olan 170 paylaşım hələ də silinməyib.
Roskomnadzor Feysbuk, İnstaqram, Tvitter və Yutubu sosial şəbəkələrini, eyni zamanda Rusiyanın VKontakte və Odnoklassniki şəbəkələrini azyaşlıları 23 yanvarda keçirilən icazəsiz aksiyalara çağıran paylaşımları silmədikləri üçün cərimələyəcəklərini bildirib.
Rusiyada 10 yanvarda qüvvəyə minən qanuna görə, bu cür pozuntulara yol verən hüquqi şəxslər 800 min rubldan 4 milyon rubla qədər cərimə edilə bilər. Qanun pozuntusu təkrarlanarsa, cərimə illik dövriyyənin onda biri qədər artırıla bilər.
TikToka tələb Bundan əvvəl 21 yanvarda Rusiya Federal İnformasiya Texnologiyaları və Sosial Şəbəkələrə Nəzarət İdarəsi (Roskomnadzor) TikToka məktubla müraciət edib və tələbəb edib ki, yetkinlik yaşına çatmayan şəxsləri qanunsuz kütləvi aksiyalarda iştiraka çağıran paylaşımlar silinməlidir və bu bir qaydaya salınmalıdır.Göndərilən müraciətdə qeyd olunub ki, narahatlıq doğuran bu məqamları aradan qaldırmağınızı xahiş edirik: "Roskomnadzor bütün sosial medianı, məlumat mənbələrini və mətbuatı yetkinlik yaşına çatmayan şəxslərin qanunsuz fəaliyyətlərə cəlb edilməsinə, qanunsuz nümayişlərdə iştirak etməsinə və uşaqlar üçün təhlükəli nəticələrə səbəb olacaq hər hansı bir hərəkəti etməyə dair çağırışları ehtiva edən qanunsuz məlumatların yayılmasının qarşısını almağa çağırır", - deyə Rusiya Federal İnformasiya Texnologiyaları və Sosial Şəbəkələrə Nəzarət İdarəsinin məlumatında qeyd olunub.