Türkmənistanda Alabay cins itləri üçün aprel ayının son bazar günü bayram elan edilib. Milli tətil olacaq bayram günündə Alabay itləri arasında gözəllik yarışması da olacaq.
Türkmənistanın rəsmi informasiya agentliyinin yaydığı məlumata görə, prezident Qurbanqulu Berdimuhammedov paytaxt Aşqabada səfəri zamanı rəhbərliyin simvolu halına gələn Alabay itləti haqqında rəhbər şəslərdən məlumat alıb.
Alabayların Türkmənistanın qüruru olduğunu deyən Berdimuhammedov Türkmən atları üçün tətil olaraq qeyd olunan aprel ayının son bazar gününün həm də Alabay itləri üçün bayram olaraq qeyd edilməsini əmr edib.
Berdimuhammedovun oğlu və eyni zamanda Beynəlxalq Türkmən Alabay Birliyinin prezidenti Serdar Berdimuhammedov Alabay itləri üçün nəzərdə tutulan bayramda həm də bu itlər arasında gözəllik yarışmasının keçiriləcəyini bildirib.
6 metrlik qızıl örtüklü heykəli
2006-cı ildən bəri Türkmənistanın prezidenti olan Berdimuhamedov keçən ilin oktyabr ayında paytaxt Aşqabadda Alabay itinin heykəlini qoydurmuşdu. 6 metrlik qızıl örtüklü heykəl paytaxt Aşqabadın mərkəzində 10 noyabrda rəsmi tədbirlə açılmışdı.
Türkmənistanın lideri, Alabay cins itləri üçün mahnı və kitab yazan Berdimuhammedov 2017-ci ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putinə bir Alabay iti hədiyyə etmişdi.