Ukrayna Xarici Kəşfiyyat Xidməti Rusiyanın növbəti işğal planı ilə bağlı məlumat yayıb

Ukrayna Xarici Kəşfiyyat Xidməti Rusiyanın növbəti işğal planı ilə bağlı məlumat yayıb
4 Yanvar 2021
Mətni dəyiş

Ukrayna Xarici Kəşfiyyat Xidməti Rusiya ordusunun ölkənin növbəti bir hissəsini işğal edəcəyini proqnozlaşdırıb.

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin saytında yayımlanan hesabatda Rusiya ordusunun Krımdakı su problemini həll etmək üçün ölkənin Xerson bölgəsini işğal edəcəyi iddia edilib.

Hesabatda "Rusiya Silahlı Qüvvələri uydurma bir bəhanə ilə Şimali Krım Kanalının bəndini nəzarətə götürmək üçün Xerson bölgəsinin dərinliklərinə doğru sürətlə irəliləyə bilər", - deyə qeyd olunub.

Krımın işğal edilib Rusiyaya birləşdirilməsindən əvvəl bölgənin şirin su ehtiyacının 85 faizinin Ukrayna anakarasından tədarük edildiyi xatırladılıb, ancaq Kiyevin Krıma verilən suyu birtərəfli şəkildə kəsdiyinə dair heç nə yazılmayıb.

Krımın Rusiya ilə birləşməsindən sonra Ukrayna yarımadaya verilən suyu kəsib. Su təchizatı problemini həll etmək üçün Rusiya şirkətlərinin iştirakı ilə duzlu su təmizləyici qurğuların yaradılması planlaşdırılırdı. Bundan əlavə, mütəxəssislər bölgədə kifayət qədər yeraltı şirin su ehtiyatı aşkar ediblər.

Hökumət qanadı daha əvvəl Krımdakı su probleminin demək olar ki, həll olunduğunu elan etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun