Ukraynada sonuncu Lenin heykəli də aşırdıldı

Ukraynada sonuncu Lenin heykəli də aşırdıldı
28 Yanvar 2021
Mətni dəyiş

Ukraynada rus inqilabçı lider Vladimir Leninin ictimai yerlərdə bir yehkəli də qalmadı.

Ölkənin cənub-qərbindəki Odessa vilayətinə gözdən kənarda qalan son Lenin heykəlinin də bu gün dağıdıldığı bildirilib.

Ukrayna Vətəndaş Cəmiyyətindən Svitanok qeyri-hökumət təşkilatının sədri Vadim Pozdnyakov Feysbuk hesabındakı paylaşımında bildirib ki, işğal olunmuş ərazilər, fabriklər və sanatoriyalar kimi qapalı ərazilər xaricində Ukrayna ərazisindəki son Lenin heykəli də alt-üst edilib: "Heykəl Odessa vilayətinin İsmail rayonundakı Stari Troyani kəndində idi", - deyə o, qeyd edib.

Ukraynada 2015-ci ildən bəri Sovet simvollarının təbliğini qadağan edən "kommunist və nasist rejimləri qınayan" qanun tətbiq olunur. Qanun Sovet İttifaqı liderlərinin adlarını daşıyan şəhər, qəsəbə, kənd və küçələrin adlarının dəyişdirilməsini təmin

Xatırlatma

İlk dəfə 2014-cü ilin sentyarında Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovda millətçilər Lenin heykəlini yerə yıxıblar. Bu addımı o zaman hakimiyyətdə olan yerli rəsmilər dəstəkləyib.

Həmin vaxt bir çox adam hadisəni izləmək üçün heykəlin ətrafında yığışmış, heykəl yerə düşəndə isə bunu alqışlamışdı.

2014-cü ilin fevralında sabiq Prezident Viktor Yanukoviç vəzifədən qovulanda əksəriyyətin rusdilli olduğu şəhərdə rusiyapərəst nümayişçilər heykəli mühafizə etmişdilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun