7 Yanvar 2021
Mətni dəyiş
ABŞ-ın paytaxtı Vaşinqtona yavarın 6-da miilli qvardiya qoşunları yeridilib. Qoşunların şəhərə yeridilməsi Konqress binası önündə hal-hazırki prezident Trampın tərəfdarlarının toplanması olub. Belə ki, dünən Konqress binasında prezident seçkilərinin nəticələri ilə bağlı qızğın mübahisələr gedib. Bundan sonra prezident Trampın tərəfdarları Konqress binasına axışmağa başlayıb və Konqress binasını ələ keçirməyə çalışıblar. Şəhərdə yerli vaxtla 18:00-da komendant saatı elan edilib.
Pentaqonun rəsmi təmsilçisi Conatan Hoffman deyib ki, "Kolumbiya bölgəsinin Milli qvardiya orduları federal hüquq-mühafizə orqanlarına yardımçı olmaq üçün mobilizasiya olunub". Onun sözlərinə görə Qvardiyaçılara yalnız ABŞ-ın Ədliyyə nazirliyi rəhbərlik edir, yəni Pentaqon silahlı qüvvələrə təsir edə bilməz.
Partlayıcı maddə və odlu silahla öldürülmə
Həmçinin bölgədən gələn xəbərlərə görə Konqress binasının yaxınlığında ən azı bir partlayıcı maddə tapılıb. Polislər partlayıcının artıq zərərsizləşdirildiyini deyirlər. Polisin məlumatına görə iğtişaşlar zamanı bir qadın odlu silahdan açılan atəşlə yaralanaraq dünyasını dəyişib. İnsidentin detalları hələlik məlum deyil.
Hadisələr Trampın ondan bir neçə saat öncə Vaşinqtonda mitinq keçirirək öz tərəfdarları önündə çıxış etməsi və seçkilərin nəticələrini ədalətsiz adlandırmağından sonra başlanıb. Nəticədə Tramp tərəfdarları Kapitoli təpəsində yerləşən Konqress binasına hücum edərək polislə toqquşublar. Binanı qoruyan silahlı polislər gözyaşardıcı qazdan istifadə etməyə məcbur olublar. Konqress binasına hücum nəticəsində binada konqressmenlərin səsvermənin nəticələri ilə bağlı müzakirəsi dayanıb və konqressmenlər evakuasiya edilib.
İğtişaşlar zamanı ən azı 20 nəfər həbs olunub. Vaşinqton dairəsinin polis rəisi Robert Kontinin sözlərinə görə həbs olunanların çoxu Vaşinqtonda yaşayanlar ya da ətraf ştatlardan gələnlərdir. Bir neçə polis yaralanıb. Həmçinin polis etirazçılardan silahlarda da götürüb.
Tramp seçkilərin nəticəsini məhkəmədə mübahisələndirmək istəyir
ABŞ-da pandemiyanın qaynar vaxtına düşən seçki kampaniyası olduqca gərgin keçib. Mətbuat demokrat namizəd Baydenin seçkilərdə kifayət qədər səs toplayaraq qalib gəldiyini elan etdikdən sonra Ağ Evin hazırki rəhbəri Tramp nəticələrlə razılaşmayaraq məslənin məhkəmədə həllinə çalışıb.
Tramp idda edir ki, demokratlar ondan qələbəni oğurlayıblar, lakin öz iddiasını inandırıcı sübutlarla təsdiqləyə bilməyib. Noyabr ayının sonunda məhkəmə Baydenin qələbəsini tanıyıb və hakimiyyətin ötürülməsi prossesi başladılıb.
ABŞ-ın 46-cı prezidentinin inaqurasiya mərasimi yanvarın 20-də baş tutmalıydı.