Uzun illərdir Azərbaycanda əsas problemlərdən biri də internet problemidir. Dünya İnternet İstifadəçiləri Statistikasını təqdim edən İnternet WorldStats-ın açıqladığı son hesabata görə, internetə çıxış imkanı olan insanların sayı dünya əhalisinin 58,7 faizini təşkil edir. Hesabatın Azərbaycanla bağlı hissəsində isə qeyd olunur ki, Azərbaycanda ümumi əhalinin 78 faizi və ya 7 milyon 991 min nəfər internet istifadəçisidir. Bəs bu insanların əksəriyyəti Azərbaycandakı internet sürətindən və qiymətlərindən razıdırmı? Müxtəlif dövlərdə sosial şəbəkələrdə gedən ictimai müzakirələrdən başa düşülür ki, bu, heç də belə deyil. Azərbaycandakı internet istifadəçiləri həm internet sürətindən, həm də qiymətlərindən narazıdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində internet problemi də həlli gözlənilən sahələrdən idi. Konsepsiyada qeyd olunurdu ki, Azərbaycanda internet sürəti 2020-ci ildə 20 Mbit/s-ə, 2025-ci ildə 50 Mbit/s-ə çatdırılacaq. Abzas Media bu məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, o cümlədən ekspertlərin fikrini öyrənib. Nəqliyyat, Rabitə və Yüksək Texnolohiyalar Nazirliyinin aparat rəhbərinin müavini Asif İsmayılov Abzas Medianın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunukasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə Azərbaycanda sabit genişzolaqlı şəbəkədə internetdən orta istifadə sürətinin 2020-ci ildə 20 mbit/s-ə, 2025-ci ildə 50 mbit/s-ə, 2025-ci ildən sonra isə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması kimi hədəf indikatorları müəyyənləşdirilib. Nazirlikdən həmçinin bildirilib ki, göstərilən hədəflərə çatmaq üçün aparılmış əməli fəaliyyət nəticəsində 2020-ci ilin əvvəlində ölkədə sabit genişzolaqlı internetdən orta istifadə sürəti 21 mbit/s olub. Hazırda bu rəqəm 25 mbit/s-dən çoxdur. Mobil genişzolaqlı internetdən orta istifadə sürəti isə 39 mbit/s təşkil edir.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru Rasim Əliquliyev deyir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci ildə təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hədəflərinə tam şəkildə çatılıb.
Britaniyanın nüfuzlu Cable qurumu yüksək sürətli internetlə bağlı dünya ölkələrinin statistikasını açıqlayıb. Azərbaycan 224 ölkənin iştirak etdiyi siyahıda yalnız 167-ci yeri tuta bilib. AbzasMeda məsələ ilə bağlı ekspertlərin də fikirlərini öyrənib. Daha ətrafl