Cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsi Bakı şəhər meriyası aparatının keçmiş rəhbəri Rasim Quliyevin barəsində hökm çıxarıb.
Məhkəmə onu ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilib və 3 il müddətinə azadlıqdan məhrum edib.
Baş Prokurorluq Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 141 ünvanında yerləşən və mədəni abidə kimi qorunan evin sökülməsinə qanunsuz icazə verilməsi barədə cinayət işi qaldırıb.
Məhkəmə iclasları zamanı Rasim Quliyev dəfələrlə bildirib ki, öz istəyilə hərəkət etməyib, yuxarıdan göstəriş alıb.
Rasim Quliyev hakim Yeni Azərbaycan Partiyasının orqanı olan "Səs" qəzetinin redaktoru Bəhruz Quliyevin qardaşıdır.