Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələri "Media haqqında" yeni qanun layihəsinin üçüncü oxunuşda "ictimai müzakirə"sini keçirib.
Onlayn iclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, Agentliyin digər rəsmi şəxsləri, Mətbuat Şurasının sədri Əflatun Amaşov və hakimiyyıətdən maliyyələşən media orqanlarının rəhbərləri iştirak ediblər.
Hökumətdən maliyyələşən media qurumlarının rəhbərləri qanunun qəbul olunması istiqamətində çıxışlar ediblər. Ehtimallara görə, qanun 30 dekabrda qəbul olunacaq.
Azərbaycanda müstəqil hurnalistlər və media ekspertləri hesab edirlər ki, bu qanun jurnalistlərin peşə fəaliyyətini məhdudlaşdıracaq və qanun qəbul olunmaması üçün etiraz aksiyaları keçirirlər, çağırışlar edirlər.
Jurnalistlərin "Mürtəce qanuna yox deyirik!" şüarı ilə növbəti aksiyası bu gün Milli Məclisin qarşısında baş tutub.
Qanunun 30 dekabrda qəbul olunacağı gözlənilir.